Seymur Orucov Ağstafanın ikinci böyük yaşayış məntəqəsi Dağ Kəsəmən kəndində növbəti səyyar qəbulunu keçirib
Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən söz açaraq bildirib ki, cəmi 23 saat ərzində Azərbaycan Ordusu haqlı mövqeyimizdən çıxış edərək suverenliyimizin tam bərpası uğrunda Qarabağdakı lokal xarakterli antiterror tədbirləri ilə öz gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Hər kəs Azərbaycan xalqının yenə də bir yumruq kimi birləşdiyinin şahidi oldu.
Qəbulda vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Hər bir məsələnin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.