Seymur Orucov Ağstafanın Köhnəqışlaq kəndində növbəti dəfə vətəndaşları dinləyib
13 yanvar 2026 | 18:38
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq kənd tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbulda aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, eləcə də yerli sakinlər iştirak ediblər.
Vətəndaşların təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılıan məsələlərin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə lazımi göstərişlər verilib.






