Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Ağstafanın Qarayazı qəsəbəsində növbəti dəfə səyyar qəbul keçirib

10 sentyabr 2026 | 18:19

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Qarayazı qəsəbəsində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.  Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər