Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Ağstafanın Qarayazı qəsəbəsində növbəti dəfə vətəndaşları dinləyib

04 iyun 2025 | 16:34

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Qarayazı qəsəbəsində təşkil olunan növbəti səyyar qəbulda aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, xalqımızın xilaskarı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi xətti ilə ölkəmizi daim zirvələrə ucaldan və xalqımıza tarixi Qələbələr bəxş edən Prezident İlham Əliyevin qətiyyətli, müstəqil siyasətinin mərkəzində əhalinin rifahının təminatı, vətəndaşların qayğıları və təhlükəsizliyi dayanır. Bu gün müstəqil və suveren Azərbaycan daha qüdrətli dövlətə çevrilir, sosial sahəyə daim xüsusi diqqət göstərilir, xalqımız daha firavan həyata qovuşur, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm tədbirlər icra olunur. Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər