Seymur Orucov Ağstafanın Sadıqlı kəndində növbəti dəfə vətəndaşları dinləyib
06 may 2026 | 19:06
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə əhali ilə görüşlərini və vətəndaşların səyyar qəbullarını davam etdirir. Ağstafa rayonunun Gürcüstanla həmsərhəd olan Sadıqlı kənd yaşayış məntəqəsində təşkil olunan növbəti səyyar qəbulda aidiyyəti idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.
RİH başçısı səyyar qəbulda vətəndaşların müraciət və təkliflərini qəbul edib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıqlarını verib.






