Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Ağstafanın sərhəd kəndlərindən olan Köhnəqışlaqda vətəndaşların növbəti səyyar qəbulunu keçirib

07 iyun 2024 | 13:28

Səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, Ağstafa RİH başçısı aparatının məsul əməkdaşları, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.

RİH başçısı Prezident İlham Əliyevin konkret tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda təşkil olunan səyyar qəbulların əhəmiyyətindən söz açaraq bildirib ki, başlıca məqsəd sakinlərlə əlaqəli yerlərdəki şəraiti dərindən araşdırmaq, müəyyən edilən məsələlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bir sözlə mütəmadi olaraq əhalinin müxtəlif zümrələri ilə keçirilən görüşlər vətəndaş məmnunluğunu artırmaq, sosial rifahın yaxşılaşdırılmasına xidmət edir. Vətəndaşlar həmçinin “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadıqları ünvanları tərk etmədən rahat şəkildə Ağstafa Rayon İcra Hakimiyyətinə müraciətlərini ünvanlaya bilərlər.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.

 

Keçidlər