Seymur Orucov Ağstafanın sərhəd yaşayış məntəqələrindən olan Köhnəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq kənd tam orta məktəb binasının akt zalında təşkil olunan bu səyyar qəbulda da rayonun aidiyyəti üzrə məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbulda kənd sakinlərinin müxtəlif məzmunda etdikləri müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Kənd icitmaiyyətinin nümayəndəsi Elşən Orucov çıxış edərək bildirib ki, Köhnəqışlaq kəndini rayon mərkəzi ilə əlaqələndirən yol-nəqliyyat infrastrukturu yüksək səviyyədə əsaslı şəkildə yenidən qurulub, müasir tipli tam orta məktəb və tibb məntəqəsi inşa olunub, əhali daimi təbii qaz, elektrik enerjisi, içməli su və sürətli internetlə təchiz olunur. O, həmçinin kənd əhalisi adından ölkəmizin bütün ucqar yaşayış məntəqələrində vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına hesablanmış bu cür yüksək dövlət qayğısı, eyni zamanda hökm sürən sülh və əminəmanlığa görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.