Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Ağstafanın sərhəd yaşayış məntəqələrindən olan Tatlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

15 fevral 2023 | 16:10

Tatlı kənd tam orta məktəb binasının akt zalında keçirilən bu səyyar qəbulda da rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlarının məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda RİH başçısı ilk olaraq fevralın 6-da 10 vilayətinin dağıdıcı zəlzələyə məruz qaldığı qardaş Türkiyə Respublikasındakı mövcud vəziyyətdən söz açaraq təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişləri ilə ölkəmiz adına göndərilən humanitar yardımlardan, geniş tərkibli peşəkar xilasetmə və həkim briqadalarından, könüllülərin yollanması üçün yaradılan şəraitdən və digər tədbirlərdən bəhs edib. Qeyd olunub ki, qardaş ölkənin yaşadığı ağır günlərində Azərbaycanın hamıdan tez bir zamanda istər canlı, istərsə də digər cəhətlərdən ən böyük qüvvə ilə yardıma yetişməsi, növbəti dəfə bütün dünyaya iki dövlət və bir millətin gücünün, birliyinin bariz nümunəsi oldu. Seymur Orucov həmçinin təşkil olunmuş humanitar yardım kampaniyalarında xalqımızın əzm və fədakarlıq nümayiş etdirməsinin yüksək əhəmiyyətini, o cümlədən ağstafalıların da bu işlərdə qardaşcasına yaxından iştirakını diqqətə çatdıraraq öz təşəkkürünü bildirib.

Görüşdə vətəndaşların təklif və müraciətlərinə dair qanunamüvafiq izahatlar verilib. Nəzarətə götürülən hər bir məsələ ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə ətraflı müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.

Tatlı kənd ağsaqqalları ağsatfalılar adından qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar dövlətimiz tərəfindən göstərilən yardımlara görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər