Seymur Orucov Aşağı Göycəli kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Aşağı Göycəli kənd tam orta məktəb binasının akt zalında təşkil olunan vətəndaş qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonunun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən bu cür vətəndaş qəbullarının məqsədi sakinləri narahat edən məsələləri daha dəqiq araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə dair qanunamüvafiq izahatlar verilib, ətraflı müzakirələr aparılaraq həlli tədbirləri müəyyən dilib.