Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov əməliyyat olunan Vətən müharibəsi şəhidimizin anasını yaşadığı ünvanda ziyarət edib

19 mart 2026 | 12:36

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Həsənsu kəndindən olan Vətən müharibəsi şəhidimiz Əfqan Nadir oğlu Səfərovun müalicəsi ev şəraitində davam etdirilən anasını ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Sağlamlıq durumu ilə bağlı Bakı şəhərində əməliyyat olunan və hazırda sağlamlığına qovuşmaq üzrə olan Xalidə ana özünü yaxşı hiss etdiyini bildirib.

Söhbət əsnasında ölkəmizdə şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına dövlətimizin göstərdiyi yüksək diqqət və qayğıdan  bəhs olunub. Qeyd olunub ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və məişət şəraitlərinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial siyasətinin ən priroritet istiqamətlərindəndir.

Keçidlər