Seymur Orucov Göycəli kəndində növbəti dəfə vətəndaşları dinləyib
Ağstafa RİH başçısının Göycəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər və sakinlər iştirak ediblər.
RİH başçısı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində mərkəzi və yerli icra hakimiyyətlərinin rəhbərləri tərəfindən mütəmadi olaraq keçirilən vətəndaşlarla görüşlərin və səyyar qəbulların əhəmiyyətindən söz açaraq bildirib ki, başlıca məqsəd əhalini narahat edən məsələləri dərindən araşdırmaq və operativ həllinə nail olmaqdan ibarətdir. Vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da hər kəs yaşadığı ünvanı tərk etmədən rahat şəkildə istənilən məzmunlu müraciətini aidiyyəti üzrə ünvanlaya bilər.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.