Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Göycəli kəndində səyyar qəbul keçirdi

03 noyabr 2022 | 00:46

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Göycəli kəndində keçirib.

Səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyəti təşkilatlarının rəhbərləri iştirak edib. Qəbulda vətəndaşlar tərəfindən olunan müraciət və təkliflər əsasında qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ətrafında müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər