Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Göycəli kəndində səyyar qəbulu keçirdi

20 aprel 2023 | 17:50

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Göycəli kənd yaşayış məntəqəsində keçirib.

Səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyəti təşkilatlarının rəhbərləri iştirak edib. Qəbulda vətəndaşlar tərəfindən olunan müraciət və təkliflər əsasında qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ətrafında müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər