Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Gürcüstanla sərhəddə yerləşən Sadıqlı kəndində növbəti dəfə vətəndaşları dinləyib

15 noyabr 2024 | 17:17
Müvafiq qrafikə uyğun olaraq Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan vətəndaşların səyyar qəbulunda RİH başçısı aparatının və aidiyyəti təşkilatların nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.
RİH başçısı hazırda paytaxtımızda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək əhəmiyyətindən söz açaraq bildirib ki, 200 ölkənin yekdil qərarı ilə ev sahibliyi səlahiyyətinin ölkəmizə verilməsi həmçinin, Azərbaycanın ona qarşı qarayaxma kampaniyası aparan müəyyən xarici qüvvələr üzərində növbəti tarixi qələbənin təzahürüdür.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində məsul şəxslərə zəruri tövsiyələr və göstərişlər verilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin də aidiyyəti qurumlara çatdırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Kənd ağsaqqalı və ziyalısı Fərhad Hacıyev çıxış edərək ölkəmizin bütün sahələrdəki əldə etdiyi uğurlara, hökm sürən əmin-əmanlığa və dünyada yüksələn nüfuzuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Keçidlər