Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Köçəsgər kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

12 oktyabr 2022 | 19:50

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər. RİH başçısı ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən,  höküm sürən əminamanlıqdan söz açaraq bildirib ki, yerlərdə keçirilən səyyar qəbulların keçirilməsində məqsəd sakinləri narahat edən məsələləri ətraflı öyrənmək, onların müraciət və təklifləri əsasında qanunamüvafiq qaydada daha uyğun həlli yollarını müəyyən etməkdən ibarətdir. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir təklif və müraciətlə bağlı ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər