Seymur Orucov növbəti səyyar qəbulunu Muğanlı kənd yaşayış məntəqəsində keçirib
Muğanlı kənd tam orta məktəb binasında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH başçısı giriş nitqində 4 oktyabr - Cəbrayıl Şəhəri Günü münasibəti ilə hər kəsi təbrik edərək diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədi. Vətən müharibəsindəki ilk ciddi uğur məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində bütün işğaldan azad olunan ərazilərə köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan həmvətənlərimizin səsi ata-baba ocağından gəlir, onlar dövlətimiz tərəfindən tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlıyıblar. Bu gün qalib xalqımız hər bir sahədə Ulu Öndər Heydər Əliyev siyasətinin zəfərlərinin təntənəsini iftixar və qürur hissi ilə yaşayır.
Səyyar qəbulda Muğanlı sakinləri tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.