Seymur Orucov növbəti səyyar vətəndaş qəbulunu Xılxına kənd yaşayış məntəqəsində keçirib
Xılxına kənd tam orta məktəbində keçirilən bu, səyyar qəbulda da rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və müvafiq təşkilatların məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq yerlərdə səyyar qəbulların təşkilinin başlıca məqsədi əhalini narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə geniş müzakirələr aparılıb, həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.