Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Düzqışlaq kəndində fəaliyyət göstərən “Nazim” kiqboksinq idman klubunun məşqçi və idmançı heyəti ilə görüşüb.

30 iyun 2022 | 17:47

RİH başçısı Ağstafanın Köçvəlili kəndi və Saloğlu qəsəbəsindən olan yeniyetmələrin bu ay Rumıniyada keçirilən Avropa çempionatında qızıl medallar qazanmasının məhs dövlətimizin uğurlu idman siyasətinin bariz nümunəsi olmasını vurğulayaraq bildirib ki, Düzqışlaq kənd idmançılarına da göstərilən etimadın doğruldacaqlarına inanır.

Öz növbəsində məşqçi Hikmət Aşırlı ölkəmizin Düzqışlaq kəndi kimi ucqar yaşayış məntəqələrində idmana və idmançılar üçün göstərilən yüksək diqqət və qayğı üçün klubun adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, Düzqışlaq kənd tam orta məktəb binasının idman zalında klubun səmərəli fəaliyyət göstərməsi üçün yüksək şəraitin olmasını vurğulayaraq, kiqboksçuların respublika və yerli əhəmyyətli yarışlarda əldə etdikləri yüksək nəaliyyətlər barədə ətraflı məlumat verib.

                            

Keçidlər