Seymur Orucov rayonun Tatlı kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Müvafiq qrafikə uyğun olaraq Tatlı kənd tam orta məktəbin iclas zalında keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətindən danışaraq qeyd edib ki, məqsəd sakinləri narahat edən məsələləri ətraflı öyrənmək, onların müraciət və təklifləri əsasında qanunamüvafiq qaydada daha uyğun həlli yollarını müəyyən etməkdən ibarətdir.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir təklif və müraciətlə bağlı ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.