Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Saloğlu qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

22 sentyabr 2022 | 18:13

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatının şöbə müdirləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, qəsəbə sakinləri iştirak ediblər.  

Qəbuldan öncə 13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Prezident İlham Əliyevin 21 sentyabr 2022-ci ildə Laçın şəhərində üçrəngli bayrağımızın dalğalandırılmasının ölkəmizin regionda üstünlüyünün daha da artmasının əyani sübutu olmasını söyləyərək, bu tarixi səfər çərçivəsində təməli qoyulan yeni infrastruktur layihələrdən və icrası davam edən digər nəhəng quruculuq tədbirlərindən  söz açıb.

Səyyar qəbulda müraciət və təkliflərlə çıxış edən vətəndaşların qaldırdıqları hər bir məsələ ətrafında ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib. Məsələlərin həlli istiqamətində müvafiq tədbirlər müəyyən edilib.

 

Keçidlər