Seymur Orucov Soyuqbulaq qəsəbəsində sakinlərin növbəti səyyar qəbulunu keçirib
Müvafiq qrafik əsasında Soyuqbulaq qəsəbə tam orta məktəbin binasında təşkil olunan bu səyyar qəbulda da başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatları təmsil edən məsul şəxslər, eləcə də yerli ictimayiətin nümayəndələri iştirak ediblər.
RİH başçısı ölkəmizin bütün sahələrindəki mövcud dinamik inkişafdan, işğaldan azad olunmuş ərazilərdə icra olunan nəhəng quruculuq tədbirlərindən və Böyük Qayıdış konsepsiyasından söz açaraq qeyd edib ki, respublikamızın bütün yerlərində, o cümlədən Ağstafa rayonunda ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun keçirilən bu cür vətəndaş qəbullarının başlıca məqsədi əhalini narahat edən məsələləri yerində daha dərindən öyrənmək və operativ həllinə nail olmaqdan ibarətdir.
Səyyar qəbulda müxtəlif məzmunlu məsələlər səsləndirən hər bir vətəndaş diqqətlə dinlənilib. Həlli məqsədi ilə nəzarətə götürülən bütün təklif və müraciətlərə dair qanunamüvafiq izahatlar verilib.