Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Ağstafa rayonunun Ermənistanla sərhəddə yerləşən Tatlı kənd yaşayış məntəqəsində keçirib

08 aprel 2024 | 15:23
Tatlı kənd tam orta məktəbində keçirilən qəbuldan əvvəl böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi olan, qədim torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğumuzu sübut edən 2016-cı ilin Aprel döyüşlərində, o cümlədən Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. RİH başçısı çıxışında 8 il əvvəl tarixi Zəfərə aparan yolda mühüm addımlardan hesab edilən Aprel döyüşlərindən söz açaraq bildirib ki, 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatına verilən sarsıdıcı cavab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı güclənən Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü bütün dünyaya nümayiş etdirmişdir. Vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, qaldırılan məsələlər ətrafında müvafiq müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.

 

Keçidlər