Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Aşağı Kəsəmən kəndində keçirib

06 noyabr 2024 | 12:46

Aşağı Kəsəmən kənd tam orta məktəb binasında keçirilən qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, kənd sakinləri iştirak ediblər.

RİH başçısı RİH başçısı hər kəsi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib, mütəmadi olaraq təşkil olunan səyyar qəbulların əhəmiyyətindən söz açaraq bildirib ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda keçirilən bu cür görüşlər vətəndaş məmnunluğunun artırılmasına, mövcud çatışmazlıqların operativ qaydada həllinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına ximdət edir. Həmçinin hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla Ağstafa Rayon İcra Hakimiyyətinə müraciətlərini ünvanlaya bilər.

Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər