Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Göycəli kəndində keçirib
11 fevral 2026 | 16:28
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. Göycəli kənd tam orta məktəbində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində konkret tapşırıqlar verilib.






