Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Həsənsu kəndində keçirib

11 dekabr 2024 | 16:02

Ağstafa RİH başçısının Həsənsu kənd tam orta məktəb binasında keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti qurumların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı səyyar qəbulda giriş nitqi söyləyərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı, ata vəsiyyətini yerinə yetirərək suverenliyimizi bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ardıcıl tarixi zəfərlərlə güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Ümummilli Liderin tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən qarşısında misilsiz xidmətləri, ən ağır günlərdə həyatını təhlükə qarşısında qoyaraq respublikanı fəlakətlərdən xilas etməsi qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla xatırlanacaq, dahi rəhbərin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün daim örnək olacaqdır.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində müvafiq tədbirlər müəyyən edilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması ilə əlaqədar lazımi tapşırıqlar verilib.

Həsənsu kənd ictimaiyyətinin nümayəndələri - Sücayət Əsgərova, gənc şair Rüfət Axundov çıxış edərək ölkəmizin çiçəklənməsi, hökm sürən sülh və əminəmanlıq, xalqımızın firəvanlığı üçün atılan addımlara görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin ağstafalı şair yeni çapdan çıxmış kitabını RİH başçısına təqdim edib.

 

Keçidlər