Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Poylu qəsəbəsində keçirib.
14 sentyabr 2022 | 19:28
Səyyar qəbulda RİH başçısı aparatının, hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatların nümayəndələri, qəsəbə sakinləri iştirak ediblər.
Qəbuldan öncə son günlər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində düşmənin növbəti hərbi təxribatının qarşısını şücaət və yüksək peşəkarlıqla alaraq şəhidlərimizin intiqamını layiqincə aldı.
Səyyar qəbulda müraciət və təkliflərlə çıxış edən sakinlərin toxunduqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərə dair aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib. RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.