Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Qaçaq Kərəm kənd kəndində keçirib

02 avqust 2024 | 17:22

Müvafiq qrafikə əsasən Qaçaq Kərəm kənd tam orta məktəbində təşkil olunan qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. RİH başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzundan, dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən söz açaraq qeyd edib ki, dövlətimizin başçısının konkret tapşırığına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti rəhbərləri tərəfindən respublikamızın hər yerində keçirilən vətəndaşların səyyar qəbullarının başlıca məqsədi vətəndaş məmnunluğunun artırılması, sakinləri narahat edən məsələləri ətraflı araşdıraraq operativ həllinə nail olmaq, əhalinin sosial rifahının diqqətdə saxlanılmasıdır. Səyyar qəbulda sakinlər müxtəlif məzmunlu müraciət və təkliflər irəli sürüblər. Qaldırılan hər bir məsələyə dair ətraflı müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.

 

Keçidlər