Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu rayonun Köçəsgər kənd yaşayış məntəqəsində keçirib

09 mart 2023 | 17:34
Müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasının akt zalında təşkil olunan səyyar qəbulda başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.  RİH başçısı giriş nitqində Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə nüfuz sahibinə çevirən Prezident İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasətdən söz açaraq qeyd edib ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması sosial-iqtisadi siyasətin ən mühüm prioritetlərindən biridir. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırda Ağstafa rayonu ərazisində həyata keçirilən abadlıq-quruculuq layihələri barədə ümumi məlumat verilib. Bu səyyar qəbulda da vətəndaşlar, onları maraqlandıran müxtəlif məzmunlu məsələləri ətraflı şəkildə diqqətə çatdırıblar. Hər bir mövzu ilə bağlı qanunamüvafiq qaydada izahatlar verilib və məsələlər qeydiyyata alınaraq nəzarətə götürülübdür.
Keçidlər