Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov Soyuqbulaq qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

15 noyabr 2023 | 15:57

 Köçvəlili kənd inzibati ərazi dairəsinə aid yaşayış mənətəqəsində keçirilən səyyar qəbul müvafiq qrafikə uyğun olaraq Soyuqbulaq qəsəbə tam orta məktəb binasının iclas zalında təşkil olunub. Vətəndaş qəbulunda başçının müavinləri, RİH-in və aidiyyəti üzrə idarə, müəssisə, təşkilatların məsul əməkdaşları, eləcə də sakinlər iştirak ediblər.

RİH başçısı qeyd edib ki, ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq respublikamızın hər yerində mütəmadi qaydada vətəndaşların səyyar qəbullarının keçirilməsində başlıca məqsəd əhalini narahat edən məsələləri ətraflı araşdıraraq kompleks şəkildə həllinə nail olmaq və vətəndaş məmnunluğunu artırmaqdan ibarətdir. Həmçinin vətəndaşlar rayon mərkəzinə gedərək əziyyət çəkmədən “www.rih.gov.az” portalına daxil olmaqla  onlayn qaydada “Rəqəmsal İcra Hakimiyyəti” vasitəsi ilə istənilən təklif və müraciətlərini aidiyyəti üzrə çatdıra bilərlər.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ətrafında geniş müzakirələr aparılıb və həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə müavfiq tapşırıq və tövsiyələr verilib.

Qəsəbə ictimaiyyətinin nümayəndələri İlham İsayev və Rasim Osmanov 8 Noybar – Zəfər Gününün üçüncü ildönümündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Xankəndi şəhərində keçirilən möhtəşəm hərbi paradın hər bir azərbaycanlının qəlbində əbədi olaraq qürur hisslərinin alovlandırdığını qeyd edib, ölkəmizin tərəqqisi, ərazi bütövlüyünün bərqərar olması və əminəmanlığı üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər