Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərədə tutulmuş tapşırıqların icrası ilə bağlı dəyirimi masa keçirilibdir

27 noyabr 2025 | 10:16

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli             320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 9.3.4.2-ci yarımbəndinin icrası ilə bağlı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi” mövzusunda dəyirimi masa keçirilibdir.

Tədbirdə rayon İcra hakimiyyətinin, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Suların İstifadəsinə Və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin   9 saylı Qazax-Tovuz Regional Bölməsinin və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları iştirak etmişdir.

Tədbirdə rayon ərazisindən keçən Kür, Ağsytafa və Həsənsu çaylarının turizm sahəsində istifadəsi imkanları qiymətləndirilmiş, bu istiqamətdə yerli və xarici investorların cəlb edilməsinin vacibliyinin dəstəklənməsi müzakirə olunmuşdur.

 

Keçidlər