Şriftin ölçüsü :

Saytın rəngi :

Təbii hadisə ilə bağlı Ağstafa RİH başçısı yanında Fövəqladə Hallar Komissiyasının səyyar iclası keçirilmişdir

08 iyul 2026 | 19:29

2026-cı ilin 8 iyul tarixində, saat 01-02 radələrində uzunmüddətli fasiləsiz leysan yağışı nəticəsində rayon ərazisində baş vermiş təbii hadisə ilə əlaqədar Ağstafa RİH başçısı Seymur Orucovun sədrliyi ilə Fövəqladə Hallar Komissiyasının fövqəlada iclası keçirilmişdir. RİH başçısı dəyən ziyanın müəyyənləşdirilməsi və operativ qaydada aradan qaldırılması məqsədi ilə hadisə yerində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlarını verib. Müəyyən edilmişdir ki, Ağstafa rayonu ərazisində xüsusi ilə Köçvəlili kəndində və Soyuqbulaq qəsəbəsində fərdi yaşayış evlərinə, köməkçi tikililərə, əkin sahələrinə və təsərrüfatlara ciddi ziyan dəymişdir. Sel suları fərdi yaşayış evlərinin zirzəmi və birinci mərtəbələrinə dolmuş, həmin ərazidə çökən torpaqlar olduğundan vətəndaşlara məxsus tikililəri təhlükə altında qoymuşdur.

Hazırda ərazidə vəziyyət nəzarət altındadır, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qrupu tərəfindən  yaşayış evlərinin və köməkçi tikililərinin, o cümlədən həyətlərdə yığılıb qalmış sel sularının kənarlaşdırılması üçün zəruri təxirəsalınmaz tədbirlər davam etdirilir. Qeyd edək ki, əhali üçün heç bir təhlükə yoxdur və hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Keçidlər