Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşləri şəhidimiz Elçin Arif oğlu Mustafazadənin qardaşı ailə həyatı qurub

08 iyun 2023 | 19:41

Ağstafa RİH başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Həsənsu kəndindən olan şəhidimizin ailə üzvlərinin şad günündə yanlarında olublar.

Ağstafa şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimindən öncə Dövlət Himnimiz səsləndirilib və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub.

Elvin bəy və xanımına ən xoş arzular çatdırılıb. Bildirilib ki, ən uca qürur mənbəyimiz olan şəhidlərimizin hər bir ailə üzvü xalqımız üçün böyük əmanətdir və dövlətimiz onları hər zaman yüksək qayğı ilə əhatə edir.   

Şəhidin atası Arif Mustafayev ən çətin və xoş günlərində şəhid ailələrinin, qazilərimizin yanında olduqlarına,  onlara göstərdikləri yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.      

 

Keçidlər