Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşləri şəhidimiz Vüqar Lətif oğlu Sadıqovun doğum günü qeyd olunub

14 may 2022 | 15:16

Ağstafanın Göycəli kəndindən olan Tovuz döyüşləri şəhidimiz  Vüqar Lətif oğlu Sadıqovun doğum günündə Vətən oğlunun məzarı və doğma evində ailəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Bu əlamətdar gündə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, YAP Ağstafa Rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, digər ağstafalı şəhidləirimizn valideynləri,  rayon ictimaiyyətinin nümayəndələri, eləcə də döyüş yoldaşları Vüqar Sadıqovun ailəsinin yanında olublar. Şəhidimizin ruhuna dualar oxunub, şərəfli ömür və döyüş yolundan geniş söz açılıb. Şəhidimizn yaxınları ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər