Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşləri şəhidləri Yaşar Babayev və Elçin Mustafazadənin ildönümlərində əziz xatirələri yad olunub

14 iyul 2022 | 18:28

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon İcra hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhid ailələri  şəhidlərimizin məzarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhid Yaşar Babayev və Elçin Mustafazadənin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidlərimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər