Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Ağstafa rayonuna səfər edib, Ağstafa RİH başçısı Seymur Orucovla görüşüb

13 dekabr 2023 | 17:24

Ağstafa RİH başçısı aparatının inzibati binasında təşkil olunan rəsmi tədbirdə, həmçinin başçının müavinləri və Baş konsulun köməkçisi də iştirak ediblər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimiz arasındakı əbədi və sarsılmaz dostluq, qardaşlıq münasibətlərindən, dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsindən bəhs olunub.

Ağstafanın qədim tarixi, coğrafiyası, yüksək turizm potensialı rəsmi qonaqda böyük maraq doğurub, həmçinin dövlət başçımızın tapşırıqlarına uyğun olaraq rayonumuzda reallaşdırılan sosial infratsruktur layihələr, icra olunan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri barədə səsləndirilən məlumatlar rəğbətlə qarşılanıb.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə, eyni zamanda, xatirə hədiyyələri təqdim olunub.

                                                                 

 

Keçidlər