Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarix yazan əbədi yaşar lider” mövzusunda dəyirmi masa keçirilib

27 oktyabr 2023 | 18:15

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbir Ümummilli lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş nitqi ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirdi ki,  Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Sonra çıxış edənlər həm Azərbaycan tarixində, həm də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan, ən böyük vətəndaş kimi qaldığını, Ulu Öndər aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsinin hər gün bizimlə yaşadığını, bütün Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin ruhunu hörmətlə yad etdiklərini, əbədiyyən ona sonsuz məhəbbət və ehtiramlarının olduğunu bildirirlər.

 

Keçidlər