Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Ağstafada ehsan süfrəsi təşkil olunub
12 dekabr 2025 | 15:47
Ağstafa şəhərində təşkil olunan anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbirində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
RİH başçısı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından söz açaraq bildirib ki, Ulu Öndər Vətənimizə və xalqımıza müstəqillik, dövlətçilik, suverenlik, sülh və sabitlik bəxş etdi.
Tədbirdə ağstafalı Vətən müharibəsi şəhidimiz Emin Əvəz oğlu Əmrahovun qız övladı Dərya Əmrahova “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini səsləndirib.






