Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

01 fevral 2023 | 18:25

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ağstafada silsilə tədbirlər davam etdirilir. Ağstafa Rayon İcra Hakimiyyəti və YAP Ağstafa rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

Ağstafa RİH başçısı aparatında keçirilən tədbiri giriş sözü ilə açan Seymur Orucov ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyərək bildirib ki, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsində, bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gəncliyik  formalaşdırılmış, gənclər dövlətimizin hər cür diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Sonra digər çıxış edənlər, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa şəhər 1 saylı tam orta məktəbin direktoru Ramiz Nəsirov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və Ağstafa şəhər 3 saylı tam orta məktəbin psixoloqu Elnarə İsgəndərova mövzu ətrafında geniş məruzələrlə çıxış edərək Ümummilli Liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi haqqında geniş söz açıblar.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə vəsiqələr təqdim olunub və YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc müvafiq fəxri fərmanlarla təltif olunublar.

Keçidlər