Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar Ağstafa şəhərində yeniyetmə və gənclər arasında veloyürüş keçirilib

10 may 2024 | 14:58
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə rayonda keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunan veloyürüş Ağstafa Rayon İcra Hakimiyyətinin və Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Veloyürüşlə bağlı rayon Mərkəzi stadionunun qarşısında təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər və idman siyasətindən, eləcə də gənclərə və idmançılara göstərilən yüksək dövlət qayğısından söz açıb, veloyurüş iştirakçılarına uğurlar arzu edib.
Ağstafa şəhərinin Hüseyn Arif - Rafiq Alıcanov küçələri - Heydər Əliyev prospekti marşrutu üzrə keçirilən veloyürüşdə 145 nəfər yeniyetmə və gənc velosipedçi iştirak edib.
Keçidlər