Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş xatirə turnirinə yekun vurulub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Ağstafa rayonunun idarə, müəssisə və təşkilat kollektivləri arasında keçirilən mini futbol üzrə xatirə turnirinə yekun vurulub.
Xatirə turniri Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş və bu ilin martında istifadəyə verilmiş Həsənsu kənd tam orta məktəbin açıq idman meydançasında təşkil olunub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov turnirdə yüksək yerləri tutmuş komandaların üzvləri ilə görüş keçirib. Komandalar və hakimlər müvafiq diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.
20 komandanın iştirak etdiyi turnirdə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası 1-ci, Kapital Bankın və Beynəlxalq Bankın Ağstafa rayon filiallarının kollektivlərindən ibarət "Bankirlər" komandası 2-ci, “İz oil” müəssisəsinin komandası 3-cü yeri tutublar.
Turnir Ağstafa Rayon İcra Hakimiyyəti, YAP Ağstafa Rayon Təşkilatı, Gənclər və İdman İdarəsi, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilib.