Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Əzizoğlunun 75 illiyi rayon Mədəniyyət Mərkəzində geniş yubiley tədbiri ilə qeyd olunub.
Şəhid atası, Ağstafa rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, ustad aşıq Hüseyn Əzizoğlunun 75 illiyi rayon Mədəniyyət Mərkəzində geniş yubiley tədbiri ilə qeyd olunub.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Hüseyn Əzizoğlu və sənət dostları, rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər yubilyarın qədim milli mədəniyyətimizin vacib ünsürlərindən olan aşıq sənətinə verdiyi tövhələrdən, rayonun ictimai, mədəni həyatında göstərdiyi yüksək xidmətlərdən geniş söz açıblar. Seymur Orucov Hüseyn Əzizoğlunu 75 illik yubileyi münasibəti ilə təbrik edərək onu, Ağstafanın ictimai-siyasi həyatında fərqləndiyinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib. Hüseyn Əzizoğlu isə öz növbəsində ölkəmizin günü-gündən çiçəklənməsinə və xalqımızın firəvanlığı, əminəmanlığı naminə misilsiz xidmətlərinə görə ağstafalı ağsaqqallar, ziyalılar və mədəniyyət işçiləri adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
1947-ci ildə Göycəli kəndində dünyaya göz açan, 3 oğul və 1 qız atası olan Hüseyn Əziz oğlu Hüseynovun bir oğlu Şahlar Hüseynov, 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Sonda yubilyarla xatirə şəkilləri çəkdirilib.