Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi könüllüsü, məktəb direktoru şəhidi Elvin Elsevər oğlu İmaməliyevin doğum günündə xatirəsi ehtiramla yad edilib

10 may 2022 | 10:03

Ağstafanın Qırılı kəndindən olan Vətən müharibəsi könüllüsü, məktəb direktoru şəhidi Elvin Elsevər oğlu İmaməliyevin doğum günündə xatirəsi ehtiramla yad edilib.
Elvin müəllimin doğma kəndində məzarı və ailəsi ziyarət olunub. Şəhidin məzarı üzstünə gül dəstələri düzülüb, onun keçdiyi mənalı ömür yolundan geniş bəsh olunub. Məktəblilərin ifasında torpağa, şəhidlərimizə həsr olunmuş şerlər səsləndirilib, ölkəmizin suverenliyi uğrunda həlak olmuş Vətən oğullarının ruhuna dualar oxunub.
Şəhidin atası Elsevər İmaməliyev şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

Keçidlər