Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı şəhid Azər Yusiflinin ailəsi növbəti dəfə ziyarət olunub

26 sentyabr 2023 | 18:11
Ağstafa RİH başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafanın Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı şəhid Azər Yusiflinin ailəsini yaşadığı ünvanda növbəti dəfə ziyarət edib. Görüşdə qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açılıb, şəhid ailələrinə, qazilərə, eləcə də müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs olunub.
Öz növbəsində Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov çıxışında ağstafalı şəhid ailələrinin üzvləri adından hər zaman yüksək dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Keçidlər