Vətən müharibəsi şəhədimiz Nihad Adil oğlu Abdullayevin xatirəsinə inşa olunan bulaq-kompleksinin açılışı olub
Mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Nihadın və digər ağstafalı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir işktirakçıları xatirə kompleksinə gül dəstələri düzüb, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
2002-ci ilin 13 aprelində Ağstafa şəhərində dünyaya göz açan Nihad Abdullayevin keçdiyi şərəfli ömür yolundan, Vətənə olan sonsuz məhəbbəti və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi döyüş meydanında göstərdiyi igidlikdən geniş bəhs olunub.
Ağstafa rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.