Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz Əliheydər Səlahəddin oğlu Hüseynlinin doğum günüdür

15 aprel 2022 | 08:24

Ağstafanın Qırılı kəndindən olan Vətən müharibəsi şəhidimiz Əliheydər Səlahəddin oğlu Hüseynlinin  ad günündə məzarı və doğma evində ailəsi ziyarət olunub.
Anım tədbirində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
14.04.1994-cü ildə Qırılı kəndində anadan olan Əliheydər 44 günlük Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına könüllü olaraq qatılaraq Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə əsgər borcunu ləyaqətlə yerinə-yetirib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan şəhidimiz nişanlı idi.
Allah şəhidlərimizə rəhmət etsin!

 

Keçidlər