Vətən müharibəsi şəhidimiz Fazil Məmmədlinin ailəsində xoş günüdür
20 iyun 2025 | 19:39
Bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsindən olan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, Vətən uğrunda nümayiş etdirdiyi qəhrəmanlıq nümunəsi ilə hər bir azərbaycanlının dilində dastana dönən Fazil Razim oğlu Məmmədlinin bacısı Günay Məmmədlinin toy mərasimi keçirilir. Ağstafa şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində, şəhidimizin doğmaları o cümlədən Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştriak edirlər. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların hər bir ailə üzvünə möhkəm cansağlığı, xoşbəxt ömür arzu edirik!






