Vətən müharibəsinin könüllü döyüşçüsü, şəhid Asəf Mehman oğlu Məmmədovun doğum günündə xatirəsi ehtiramla yad edilib
Vətən müharibəsinin könüllü döyüşçüsü, Poylu qəsəbəsindən olan şəhidimiz Asəf Mehman oğlu Məmmədovun doğum günündə əziz xatirəsi ehtiramla yad edilib.
Asəfin anım günündə ailə üzvləri ilə birlikdə döyüş yoldaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon Təşkilatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Asəfin məzarı önünə əklil qoyulub, qəbri üstünə tər qərənfillər düzülüb. Onun vətənə olan sonsuz sevgisindən, döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq nümunəsindən geniş bəhs olunub. Şəhidlərimizin ruhuna dualar oxunub.
01.07.1995-ci ildə Poylu qəsəbəsində anadan olan Asəf düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsində Azərbaycan Ordusu sıralarında könüllü olaraq savaşıb. O, Şuşanın azadlığı uğrunda gedən amansız döyüşlərdə şəhidlik zirvəsini fəth edib.
Doğma kəndinin qəbirstanlığında torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!