Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir

26 sentyabr 2022 | 19:02

27 sentyabr Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Ağstafada da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir.  

Ağstafa rayon ictimaiyyətinin nümayəndələri şəhidlərimizin ailə üzvləri ilə birlikdə ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş mərd Vətən oğullarının məzarlarının ziyarət edib.  Şəhidlərimizin məzarlarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Hər bir azərbaycanlının ən böyük qürur mənbəyi olan şəhidlərin qəlblərdə əbədi yaşayacağı vurğulanıb, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs olunub.

Həmçinin 13 sentyabr Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alan zaman yaralanan beş nəfər hərbi qulluqçumuzunda ailələri ziyarət olunub.

Keçidlər