Vətəndaşların növbəti səyyar qəbulu Qıraq Kəsəmən kəndində keçirilib
21 avqust 2026 | 16:49
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qıraq Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Səyyar görüşdə başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri işitrak ediblər. Kənddə əhalini narahat edən məsələlər araşdırılıb, sakinlərin təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.






