Xalq şairi, görkəmli dramaturq, alim, tanınmış ictimai xadim Səməd Vurğunun doğum günü münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən məzarı ziyarət olunub
24 mart 2025 | 14:55
Azərbaycanın ilk xalq şairinin 119-cu il dönümünə həsr olunmuş anım tədbirində RİH başçısı Seymur Orucov, İctimai Birliyin İdarə Heyətinin sədri İlham Pirməmmədov, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dahi şəxsiyyətin məzarı üstünə gül dəstələri düzülüb, onun yaradıcılığı və keçdiyi ömür yolundan bəhs olunub, şeirlərinə bəstələnən saz havaları ifa olunub.